Lerikdə avtomobil körpüdən çaya aşdı, ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

Lerikdə avtomobil körpüdən çaya aşdı, ölən və yaralananlar var

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 17-də saat 18 radələrində Lerik rayonunun Babagil kəndi ərazisində rayon sakini M.Qurbanov idarə etdiyi “Kia” markalı avtomobili körpüdən çaya aşırıb.

Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm