Qubada avtomobil körpüdən aşdı - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Qubada avtomobil körpüdən aşdı - Xəsarət alanlar var

Quba rayonunda yol qəzası baş verib.

Hadisə Quba-Qonaqkənd avtomobil yolunun İkinci Nügədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qara çayın üzərindəki körpüdən minik avtomobili aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm