Cəlilabadda 3 otaqlı ev kül oldu, 1 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Cəlilabadda 3 otaqlı ev kül oldu, 1 nəfər xəsarət aldı

Cəlilabad rayonunun Günəşli kəndində ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm