"Azərişıq" ASC-nin transformatoru yandı - FHN hərəkətə keçdi
Bizi izləyin

Hadisə

"Azərişıq" ASC-nin transformatoru yandı - FHN hərəkətə keçdi

Bu gün səhər saat 05.50-də Qobustan stansiyasının ərazisində "Azərişıq" ASC-yə məxsus transformatorda yanğın olub.

Publika.az xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə yanğınsöndürmə maşınları, Biləcəri və Hacıqaqbul yanğınsöndürmə qatarları cəlb edilib. Saat 08:30-da yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, qatarların hərəkətində fasilə yaranmayıb. Yanğına texniki nasazlıq səbəb olub.

Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm