Hadisə
Əməkdar jurnalist vəfat etdi
Martın 1-də qocaman ziyalı, respublikanın Əməkdar jurnalisti Hidayət Əkbər oğlu Zeynalov vəfat edib.
Bu barədə Publika.az-a Mətbuat Şurasından məlumat verilib.
Hidayət Zeynalov 1926-cı ildə Qazaxda doğulub. Bakı darülfünunun fars dili və ədəbiyyatı fakültəsini bitirib. Ömrünün 40 ildən çoxunu "Kommunist" (indiki “Xalq qəzeti”) qəzetində çalışıb. Burada ştatdankənar müxbirlikdən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
Hidayət Zeynalov gözəl təbiət oçerkləri ilə tanınmış parlaq sima idi. Jurnalistikaya yaradıcı yanaşması ilə yanaşı, özünün təşkilatçılığı ilə də seçilib. O, cəmiyyəti düşündürən məsələlərə, problemlərə hər zaman həssas yanaşıb.
Qocaman qələm sahibi jurnalistika örnəyinə də çevrilməyi bacarıb. Yaradıcılığının mühüm hissəsini təşkil edən oçerkləri dəfələrlə kitab halında nəşr olunaraq Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində tədris edilib.
H.Zeynalov həmçinin gənc jurnalistlərin peşə bacarıqlarına yiyələnmələrinə də özünün layiqli töhfəsini verib. Səmimiliyi, qayğıkeşliyi, dostcanlılığı ilə seçilmiş qocaman jurnalist mənalı ömür yolu ilə ürəkləri fəth etmiş zirvədir. Onun əziz xatirəsi daim yaddaşlarda qalacaq, qədirbilənliklə anılacaqdır.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR