Bakıda itkin düşən 3 nəfər tapıldı
Bizi izləyin

Hadisə

Bakıda itkin düşən 3 nəfər tapıldı

Martın 9-da Bakıda baş vermiş cinayət və digər hadisələrin statistikası açıqlanıb.

Publika.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da 18 cinayətin üstü açılıb. Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 6 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm