Hadisə
Qalmaqallı sabiq polis rəisi vəfat etdi - FOTO
2016-cı ildə arvadının dələduzluğa görə həbs edilməsi ilə gündəmə gələn polis mayoru Mahir Əkbərov vəfat edib.
M.Əkbərovun həyat yoldaşı Leyla Əkbərova tanışlarını işə düzəltmək adı ilə onlardan 100 min manatdan çox pul almışdı. Lakin vədinə əməl edə bilməyəndə həmin adamlara saxta sənədlər təqdim etmişdi. Zərərçəkmiş tərəf isə bu işdə Binəqədi RPİ-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini tutan Mahir Əkbərovu ittiham edirdi. Bu məsələ araşdırılmağa başlayandan sonra M.Əkbərov polis orqanlarından xaric edilmişdi, həyat yoldaşı Leyla Əkbərova isə 2017-ci ildə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bir neçə ay öncə L.Əkbərova azadlığa çıxıb. Mahir Əkbərov isə dünən şəkər təzyiqinin yüksəlməsi nəticəsində vəfat edib.
M.Əkbərovun digər qardaşı Elçin Əkbərov uzun müddət Bakıda cəzaçəkmə müəssisəsi rəisi olub. Daha sonra Almaniyadan sığınacaq alaraq orada yaşayırdı. Ötən ilin sonunda isə mühacir alverinə görə Almaniyada saxlanılması barədə məlumatlar yayılmışdı. E.Əkbərov da qardaşının yasında iştirak edir. (qafqazinfo)
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO