Azərbaycanda itkin düşmüş 4 nəfər tapıldı
Bizi izləyin

Hadisə

Azərbaycanda itkin düşmüş 4 nəfər tapıldı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 23 cinayətin üstü açılıb.

Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 3-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin 1-i soyğunçuluq, 8-i narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 23 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm