Hadisə
Şirkət rəhbəri və daha 2 nəfər həbs edildi - FOTO
Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi AzərEmo MMC-nin rəhbəri Elkin Xasməmmədov tutulub.
Araşdırma zamanı məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib. Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozublar.
Polis əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı isə karantin qaydalarını pozaraq Bakı şəhərindən Astara rayonuna sərnişin daşımaqla məşğul olan İmran Qəhrəmanov saxlanılıb. Bu şəxs rayon qeydiyyatında olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrini götürərək karantin postunda guya həmin adamları apardığını bildirib və polis əməkdaşlarını aldatmağa cəhd göstərib. Araşdırma zamanı isə onun sərnişinlərinin şəxsiyyət vəsiqələrini təqdim etdiyi şəxslər yox, qeydiyyatı paytaxta olan başqa insanların olduğu məlum olub.
Hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Karantin qaydalarını pozan Pərvin Tatarov, Elkin Xasməmmədov və İmran Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Nida Xəbər 15:55
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəldi
-
Sosial14:48
Balasanyan və dəstəsi belə diz çökdürülüb: Natiqin döyüşdüyü kilsədən EKSKLÜZİV GÖRÜNTÜLƏR
-
MDB14:15
Rusiya daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
-
Nida Xəbər 13:40
Ermənilər Bakıya gəlir? - Kostanyan açıqladı
-
Sosial13:05
Sabah yağış yağacaq - PROQNOZ
-
Dünya12:30
Türkiyənin ən xoşbəxt 10 şəhəri: İlk "üçlük" sürpriz oldu
-
Nida Xəbər 11:28
Bakıda COP29-un açılış mərasimi başladı - Canlı
-
ABŞ10:45
Trampın oğlu Zelenskini ələ saldı: 38 gününüz qaldı