Azərbaycanda bu şəxs 7 aydır yoxa çıxıb - POLİS AXTARIR - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda bu şəxs 7 aydır yoxa çıxıb - POLİS AXTARIR - FOTO

Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov cari il yanvarın 31-də gəzmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildilirlib.

Məlumata görə, onun əlamətləri belədir: “Boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, saçları qısa və ağarmış, gözlərinin rəngi qəhvəyi, sifətində digər fərqləndirici əlamətləri yoxdur”.

Məlumatda qeyd olunur ki, Yunus Hüseynov evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngdə cins şalvar, qəhvəyi rəngdə poliver, başında qara papaq (kepka), ayağında qara ayaqqabı olub.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt şəhər Polis İdarəsinə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - deyə məlumatda bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm