Hadisə
Qəzada ölən gəncin qohumları həkimi döydü
01.09.2020-ci il tarixdə, gecə saatlarında VAZ-2106 markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədib, sürücü hadisə yerində vəfat edib. Mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, bu gün səhər saatlarında mərhumun yaxın adamları Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq etmiş, bədən xəsarəti yetiriblər. Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb.
Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədi ilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.
-
İnanc05:45Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - Artıq bu da tələb olunacaq
-
Avropa02:19Almaniyada Milad bazarı açılmayacaq - Terror təhlükəsi var
-
Qoroskop01:40Günün ulduz falı: Yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
Sosial12 Noyabr 23:55Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı TƏRK ETDİ
-
Region12 Noyabr 22:58Qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirildi
-
Magazin212 Noyabr 20:48Muazzez Abacı doğum günündə VƏFAT ETDİ
-
Hadisə12 Noyabr 19:30Şəmkirdə də yanacaqdoldurma məntəqəsində yanğın baş verdi - Video
-
Nəqliyyat12 Noyabr 18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu











.jpg)
.jpg)




.jpg)



.png)











.jpg)

.jpg)

