Azərbaycanda bir gündə 3 avtomobil aşdı - ÖLƏNLƏR VAR
Bizi izləyin

Hadisə

Azərbaycanda bir gündə 3 avtomobil aşdı - ÖLƏNLƏR VAR

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 7-də saat 11 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Elyar Bağırov idarə etdiyi “Niva” markalı avtomobili işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Oktyabrın 7-də saat 18 radələrində Qusar rayonunun Xurel kəndi ərazisində kənd sakini Muradxan Qurbanov idarə etdiyi “VAZ-21010” markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin İlham Ağasiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Oktyabrın 7-də saat 18 radələrində Şəmkir rayonunun S.Vurğun kəndi ərazisində kənd sakini Elməddin Sarıyev idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Oktyabrın 7-də saat 23 radələrində Yevlax rayonu ərazisində Z.Hüseynov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Məhəmməd Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm