Hadisə
Raket hücumu zamanı Bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralanan şəxslərin xəstəxanada müalicəsi davam edir.
Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, xəstəxanaya daxil olan yaralıların hamısına tibbi yardım göstərilib.
Həkim Könül Ələkbərova hücum zamanı yaralanan vətəndaşların 13-nün adlarını açıqlayıb:
Əliyev Elvin
Hümbətov Hüseyn
Novruzov Sülhəddin
Quliyeva aygün
Cəfərova Təhminə
Aslanov Arzu
Adıgözəlov Anar
Isgəndərov Aydın
Həsənova Kəmalə
Həsənəliyeva Gülzar
Tural Sadıqov
Cəfərov Famil
Məhərrəmova Nərgiz
Qeyd edək ki, oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

-
Cənubi Qafqaz19:12
Ermənistanın müdafiə naziri Rusiyaya getdi
-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ