Hadisə
Milli Qəhrəmanımız qəzaya düşdü - FOTO
Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov avtomobil qəzasına düşüb.
Publika.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın oğlu Rəhim Həsənov məlumat verib.
O bildirib ki, Məhəmməd Həsənov noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində avtomobil qəzası keçirib. Ağır xəsarət alan Milli Qəhrəman əvvəlcə Goranboy rayon Mərkəzi Xəstəxanasına, daha sonra Gəncə şəhər Beynəlxalq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:
"Atamın vəziyyəti olduqca pisdir, günbəgün səhhəti pisləşir. Buradakı xəstəxanada göstərilən tibbi yardım və edilən müayinələr qənaətbəxş deyil. Bizim üçün bir Milli Qəhrəmanı itirmək olduqca çətindir".
R.Həsənov ölkə rəhəbrliyinə müraciət edərək, atasının müalicəsinin Bakı şəhərindəki dövlət və ya özəl xəstəxanaların birində davam etdirilməsinə köməklik göstərilməsini istəyib:
"Gəncə Şəhərində müalicə aldığı xəstəxanadan dedilər ki, təcili tibbi yardım avtomobili ilə reanimasiya şəraitində olan bir xəstənin aparılması təhlükə altındadır. Həkimlərin dediyinə görə bu xəstə xəstəxanadan bu vəziyyətdə çıxarılarsa, həyatını itirə bilər. Onuda qeyd edirəm ki, atamı müayinə edən həkimlərin hər biri diqqətlidir və əllərindən gələn köməkliyi əsirgəmirlər.
Biz ümidvariq ki, Bakı şəhərində fəaliyyət göstərən dövlət və özəl klinikalarda olduqca savadlı və peşəkar həkimlər var. Xahişimiz budur ki, reanimasiyada olan xəstələrin sağlam və təhlükəsiz şəraitdə Bakıya çatdırılmasında köməklik göstərilsin".
Xatırladaq ki, Məhəmməd Həsənov batalyon komandiri və döyüşçü kimi 1992-1993-cü illərdə Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb. "Modern"
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi