Evini tərk edən xəstəni polis geri qaytardı
Bizi izləyin

Hadisə

Evini tərk edən xəstəni polis geri qaytardı

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini Vüqar Dadaşova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan V.Dadaşovla maarifləndirici söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm