Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı - FOTO
Bizi izləyin

Hadisə

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı - FOTO

Azərbaycanın xalq artisti, milli kino və teatrda yaratdığı ölməz obrazlarla tanınan Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, 2-3 gündür ki, aktrisadan xəbər olmayıb. Tənha yaşayan aktrisa nə çölə çıxırb nə də telefonuna zəng çatıb. Bu gün qonşuları və yaxınları Fövqəladə Hallar Nazirliyinə, eləcə də polis əməkdaşlarına müraciət ediblər. Bundan sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində döşəməyə yıxılmış vəziyyətdə tapılıb.

Hazırda aktrisanın vəziyyətinin yaxşı olduğu bildirilir. O, uzun müddətdir tək yaşayır, ictimaiyyət arasına çıxmır və yaradıcılığa son verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm