Bakıda hosteldəki yanğın söndürüldü - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda hosteldəki yanğın söndürüldü - (YENİLƏNDİ)

Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada baş vermiş yanğın saat 05:00-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

***

04:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ünvanında üçmərtəbəli binada (hostel kimi fəaliyyət göstərdiyi qeyd olunub) yanğın baş verməsi barədə məlumat daxil olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, üçmərtəbəli binanın 3-cü mərtəbəsi və dam örtüyü yanır. Binada yaşayış yoxdur.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm