Bakıda xilasedicilər meyit aşkarladı
Bizi izləyin

Hadisə

Bakıda xilasedicilər meyit aşkarladı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm