Hadisə
Ağacları kəsən şəxslər cəzalandırıldı
Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi faktı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində təqsirkar şəxslər müəyyən edilib.
Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı onların Qusar rayonunun Nəcəfkənd kənd sakinləri Zahir Dügüşov, Nazim Buxsayev, Kamran Canağayev və Həzrə kənd sakini Ruslan Cəfərov olduğu məlum olub. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2000 manat məbləğində cərimə olunub. Eyni zamanda ağacların kəsilməsində təqsirkar olan digər şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.
Xidmət rəsmisi qeyd edib ki, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov isə tutduğu vəzifədən azad olunub.
Hazırda araşdırmalar davam etdirilir. (report)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)























