Gəncədə karantini pozan kafe aşkar edildi - FOTO
Bizi izləyin

Hadisə

Gəncədə karantini pozan kafe aşkar edildi - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, BPİ-nin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Şahid Hacıyevlə yanaşı onun müştəriləri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm