Hadisə
Polis keyfiyyətsiz kürü satanları yaxaladı - FOTO
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsi ilə keyfiyyətsiz, istifadəyə yararsız balıqların kürüsünü satan şəxslər müəyyən ediliblər.
DİN Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyat zamanı vətəndaş Vasif Qurbanov və Əzim Ağayev saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlardan ümumilikə hər birinin çəkisi 70 qram olan 32 şüşə kürü aşkar edilərək götürülüb. Saxlanılan şəxslər keyfiyyətsiz kürüləri qablaşdıraraq yerli və keyfiyyətli məhsul kimi vətəndaşlara müxtəlif qiymətlərə satdıqlarını etiraf ediblər. Onların bu məqsədlə istifadə etdikləri obyektdən yararsız balıq məhsulları və kürülər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 200.1-ci ( İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.





-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























