Ucarda ardıcıl iki güclü YANĞIN
Bizi izləyin

Hadisə

Ucarda ardıcıl iki güclü YANĞIN

Ucar rayonunda bir saat ərzində 2 güclü yanğın hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 100 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Oxşar hadisə eyni saatda rayonun digər hissəsində baş verib. Ucar rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm