İcra başçısı və prokuror qazini ayaq üstdə dinlədi - FOTO
Bizi izləyin

Hadisə

İcra başçısı və prokuror qazini ayaq üstdə dinlədi - FOTO

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavini və Aparatın əməkdaşları Vətən Müharibəsində yaralanmış hərbiçilərimiz - Quluzadə Seymur Cəmil oğlu, Talıbov Emin Eldar oğlu və Söhbətzadə Abbas Əliyar oğlu ilə görüşərək onlara şəfa diləyib, problemləri ilə maraqlanıblar.

Publika.az xəbər verir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən döyüşlərdə əldə etdiyi möhtəşəm Qələbə ilə Azərbaycanın bütün dünyaya yenilməz gücünü nümayiş etdirdiyini bildirən Əziz Əzizov bu qələbənin qazanılmasında böyük əzm göstərərək şəhid olan və yaralanan hərbiçilərimizin hər birimiz üçün doğma və əziz olduğunu qeyd edib. Belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyən rayon rəhbəri onlara, ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, görüşlərdən biri zamanı icra başçısı və prokurorun ayağından ağır xəsarət alan qazinin qarşısında ayaq üstdə dayanması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və təqdir edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm