
Azərbaycanda şənbə və bazar günləri baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatına görə, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Ötən gün ən ağır qəza Cəlilabad rayonunun Alar kəndində qeydə alınıb ki, burada "Vaz2121"in aşması 2 nəfərin ölümü, digər 2 nəfərin ağır yaralanmasına səbəb olub.