Hadisə
Bakıda gənc qadının özünü 18-ci mərtəbədən atması ilə bağlı YENİ FAKTLAR ÜZƏ ÇIXDI - VİDEO
Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonu, Əliyar Əliyev küçəsində gənc qadının özünü çoxmərtəbəli binadan ataraq intihar etməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Bina sakinləri Publika.az-a bildiriblər ki, özünü ataraq həyatına son qoyan 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı həmin binada yaşamayıb. Hadisədən əvvəl o, təxminən yarım saat binanın blokunda dayanıb və kiminləsə telefonla danşıb.
Daha sonra blokun eyvanına çıxan 30 yaşlı qadın intihar etmək istədiyini nümayiş etdirib.
Həyətdə olan şəxslər 18-ci mərtəbədəki şəxsin intihar etmək istədiyini görərək polis çağırıblar. Lakin bir neçə dəqiqə sonra S.Qurbanova özünü binadan atıb. O, həyətdə park edilmiş avtomobilin üzərinə düşüb və yerindəcə keçinib.
Bildirilir ki, gənc qadın əvvəlcə binanın damına çıxmağa cəhd edib. Lakin sonra blokdan eyvana çıxıb.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi və hüquqi qiymtin verilməsi üçün faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı qadının üzərinə düşdüyü avtomobilə külli miqdarda ziyan dəyib. Avtomobil sahibi sığorta şirkətinə müraciət edib.
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...