
Yanvarın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Bakı şəhər sakini R.Manafov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Litvinenkonu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.