Kılıçdaroğlu barəsində cinayət işi açıla bilər
Bizi izləyin

Hadisə

Kılıçdaroğlu barəsində cinayət işi açıla bilər

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ölkənin əsas müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu barəsindən prokurorluğa şikayət edilib.

Publika.az xəbər verir ki, Kılıçdaroğlunun valilər və bələdiyyə sədrləri barəsində dediyi "militan" (silahlı) ifadəsinə görə Ankara Baş Prokurorluğuna onun haqqında cinayət işi açılması üçün müraciət olunub. Müraciət Daxili İşlər naziri Süleyman Soylunun iması ilə təqdim edilib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu “Habertürk” telekanalında qatıldığı bir verilişdə hakim partiya olan AKP-li dövlət rəsmilərinin ünvanına “silahlı” ifadəsini işlətmişdi. Bundan sonra Daxili İşlər naziri Süleyman Soylu Kılıçdaroğlunu bu ifadəsinə görə məhkəməyə verəcəyini açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm