Hadisə
Bakıda külli miqdarda pul mənimsəyən ata və oğluna cinayət işi açıldı
Prokurorluq kütləvi informasiya vasitələrində yayılmış daha bir müraciət üzrə cinayət işi başlanılıb.
Publika.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilib.
Qeyd edilən müraciət üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından sui-istifadə edib, aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd edərək 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Hazırda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ