Gəncədə sərnişin avtobusu dəhşətli qəzaya düşdü - FOTOLAR/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Gəncədə sərnişin avtobusu dəhşətli qəzaya düşdü - FOTOLAR/YENİLƏNDİ

Bu gün Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Publika.az xəbər verir ki, Dədə Qorqud küçəsində baş vermiş qəzada yaralanan 3 nəfər Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına çatırılıb:

1.Mövsümov Vasif Hüseyin oğlu (1985)

2.Hüseynov Akif Qabil oğlu

3. Əliyev Ayxan Elnur oğlu (2014).

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

*****

19:57

Bu gün axşam saatlarında Gəncə şəhərində ağır yol qəzası baş verib.

Publika.az-ın Gəncə bürosu xəbər verir ki, şəhərin Dədə Qorqud küçəsində "İsuzu" markalı sərnişin avtobusu ilə "Chevrolet" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

"Chevrolet" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralıların çıxarılması üçün isə əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm