DİN Tovuzdakı hadisə barədə məlumat yaydı - 1 NƏFƏR ÖLDÜ, 6 YARALI VAR
Bizi izləyin

Hadisə

DİN Tovuzdakı hadisə barədə məlumat yaydı - 1 NƏFƏR ÖLDÜ, 6 YARALI VAR

Daxili İşlər Nazirliyi ötən gecə Tovuz rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məılumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 8-də saat 23 radələrində Tovuz şəhərində Aşağı Quşçu kənd sakini K.Paşayevin idarə etdiyi “Mercedes” və Tovuz şəhər sakini İ.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və 5 sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən A.Niyazova orada ölüb.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

*****

09:17

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Tovuz rayonunda “Mercedes” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm