Zaqatalada "Nissan" ağır qəza törətdi: ölən var
Bizi izləyin

Hadisə

Zaqatalada "Nissan" ağır qəza törətdi: ölən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu ərazisində “Nissan” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1987-ci il təvəllüdlü İsmayılov Camal Əfəndi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm