Baş Prokurorluq təkzib etdi
Bizi izləyin

Hadisə

Baş Prokurorluq təkzib etdi

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılmışdır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a bu məlumat təkzib olunmaqla bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılmış və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilmişdir.

Bununla yanaşı bildirilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən ittiham hökmü çıxarılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm