Hadisə
Bir müddət əvvəl işdən çıxarılan icra başçısı vəfat etdi - FOTO
Uzun illər polis sistemində yüksək vəzifələrdə çalışan, 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Akif Səlimov vəfat edib.
Publika.az xəbər verir ki, daha əvvəl infarkt keçirən A.Səlimov uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.
Onun oğlu da polis rəisi vəzifəsini tutur. 2020-ci ildə isə A.Səlimovun nəvəsi vəfat etmişdi.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"