Kürdəmirdə yol qəzası - YARALILAR VAR
Bizi izləyin

Hadisə

Kürdəmirdə yol qəzası - YARALILAR VAR

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Muradxan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı körpünün dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, 53 yaşlı Novruzov Habil Vəzir oğlu müxtəlif xəsarətlər alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm