Xəzərdəki partlayışla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Hadisə

Xəzərdəki partlayışla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA

“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir”.

Publika.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib.

“Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”, - deyə o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm