• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

FHN xilasetmə əməliyyatı görüntülərini yaydı - VİDEO

FHN xilasetmə əməliyyatı görüntülərini yaydı - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.

Bundan başqa, Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 1-i yataq xəstəsi və 2-si azyaşlı olmaqla 10 nəfər təxliyə olunub.

Həmçinin, 17.07.2021-ci il tarixində Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında qeyri-çimərlik ərazidə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğlunun meyiti sahildə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR