• USD 1,7000 0,00% EUR 1,9961 0,00%
    • GBP 2,3335 0,00% RUB 0,0234 0,00%

Biləsuvarda "Man" "KamAZ"a çırpıldı - Ölən və yaralananlar var

Biləsuvarda "Man" "KamAZ"a çırpıldı - Ölən və yaralananlar var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər veir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı yük avtomobili qarşıda gedən "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

"KamAZ" sonra zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Qəza nəticəsində "Man" markalı avtomobilinin sürücüsü hadisə yerində ölüb. Habelə "KamAZ"da olan Salyan rayonu Şorsulu kənd sakinləri - 1997-ci il təvəllüdlü Qafarov Yasər Ağahüseyn oğlu, 1995-ci il təvəllüdlü Əliyev Gülağa Urfan oğlu və 1996-cı il təvəllüdlü Miriyev Böyükağa Ağalar oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. ("Report")

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR