FHN: Ötən sutka 193 yanğına çıxış olub
Bizi izləyin

Hadisə

FHN: Ötən sutka 193 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 193 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Sabirabad rayonunda minik avtomobilinin su kanalına düşməsi faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı Mirzəyev Elman Nizam oğlunun meyiti xilasedicilər tərəfindən su kanalına düşən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm