Hadisə
Şadlıq sarayının sahibi barəsində cinayət işi açıldı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şəhər ərazisində yerləşən “Grand Palace” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.
Publika.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında keçirilən mərasimdə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib. Karantin qaydalarını pozmaqla infeksiyanın yayılmasına şərait yaradan obyektin sahibi Şamil Qebeyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, bir müddət öncə də həmin şadlıq sarayında keçirilən toy mərasiminda karantin qaydaları pozulduğu üçün Ş.Qebeyev inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdi.
-
Magazin222:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi








.jpg)



























