Biləsuvarda yanğın oldu, bir nəfər tüstüdən zəhərləndi
Bizi izləyin

Hadisə

Biləsuvarda yanğın oldu, bir nəfər tüstüdən zəhərləndi

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, Teymurov Fəyaz Abış oğluna məxsus yem anbarında yanğın olub.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsinə kömək edən ev sahibinin qonşusu 22 yaşlı Xankıyev Röyal Yusif oğlu tüstüdən zəhərlənib. O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm