Hadisə
Türkiyədə FACİƏ: Azərbaycanlı qadını öldürdü, özünü qatarın altına atdı - FOTO
Türkiyədə Azərbaycan əsilli Tərhanə Yamanı ov tüfəngi ilə qətlə yetirən tanışı Duran Aşar özünü qatarın altına ataraq intihar edib.
Publika.az xəbər verir ki, hadisə Nevşehir vilayətinin Avanos rayonunda baş verib.
63 yaşlı Duran Aşarın 2 uşaq anası olan 53 yaşlı Tərhanə Yamanı öldürəndən sonra Kayserinin Kocasinan qəsəbəsinin Yemliha məhəlləsinə gələrək yük qatarının qarşısına tullanaraq intihar etdiyi məlum olub.
Nevşehirdə yaşayan Azərbaycan əsilli Tərhanə Yamanın 2 gün əvvəl 5 uşaq atası Duran Aşarın evinə gəldiyi iddia edilir. Naməlum səbəbdən D.Aşar ilə T.Yaman arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Aşar otaqdakı ov tüfəngi ilə Yamana atəş açaraq evdən çıxıb. Tərhanə Yamandan xəbər ala bilməyən qohumlar Avanosda yaşayan və ailəlikcə qonaq gedib-gəldikləri Duran Aşarın evinə gəliblər. Qapısı açıq qalan evə girən qohumlar Tərhanə Yamanın ov tüfəngi ilə vurulduğunu görüblər. Məlumatdan sonra hadisə yerinə polis və təcili yardım qrupları sövq edilib və T.Yamanın öldüyü təyin edilib.
Rayon Təhlükəsizlik Müdirliyi Cinayət Bürosu qrupları Duran Aşarın həbs olunması üçün əməliyyata başlayıb. Polis dünən səhər saatlarında onun intihar etdiyini müəyyən edib.
5 il əvvəl həyat yoldaşını itirən Duran Aşarın maddi cəhətdən problemlərinin olduğu, evini satdığı və yaşadığı evdə kirayədə qaldığı məlum olub.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi