Hacıqabulda “Ford” “KamAZ”a çırpıldı, xəsarət alan var
Bizi izləyin

Hadisə

Hacıqabulda “Ford” “KamAZ”a çırpıldı, xəsarət alan var

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər erir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə “Ford”un sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm