DİN-dən bağçada uşağın döyülməsi ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Hadisə

DİN-dən bağçada uşağın döyülməsi ilə bağlı AÇIQLAMA

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində uşağa qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.

Publika.azxəbər verir ki, görüntülərdə qadının uşağın çörəyi yeməsini israr edir və başına sillə vurur.

Görüntülər insanların narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.

Qeyd edək ki, dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm