FHN ötən gün baş verən hadisələrlə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN ötən gün baş verən hadisələrlə bağlı məlumat yaydı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Sumqayıt şəhərində “Daewoo” və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Xətai rayonunda “Kia” markalı minik avtomobilinin daş hasara çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 2000-ci il təvəllüdlü Hüseynov Zeynal Yusif oğlunun və Bakı şəhərinin Nəsimi rayonunda bağlı qapı arxasında aşkar edilmiş 1937-ci il təvəllüdlü Lalayeva Rəna Heydər qızının meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, güclü külək səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasının üzlük daşlarının yaratdığı təhlükə ilə əlaqədar xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm