Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələnin gücü 5,9 bal olub
Bizi izləyin

Hadisə

Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələnin gücü 5,9 bal olub

Azərbaycanın bir sıra rayonlarında hiss olunan yeraltı təkanların episentri Gürcüstan-Ermənistan sərhədində olub.

Publika.az"RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təkanın maqnitudası 5,9 bal olub.

Azərbaycan mətbuatı Gəncə şəhərində 3,5 bal gücündə zəlzələ baş verdiyi barədə məlumat yayıb.

"Gürcüstan-Ermənistan sərhədində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Azərbaycanın həmsərhəd rayonlarında da hiss olunub", - məlumatda deyilir.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm