Hadisə
Bakıda vəzifəli şəxsin öldürüldüyü hadisənin TƏFƏRRÜATI
Bakı Ağır Cinayətlər Məhkəməsində 8 sentyabr 2019-cu il tarixdə paytaxtın Xətai rayonu ərazisində yerləşən “Abşeron Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyətdə işləyən Bağır Piriyevin xəsarətlər yetirilib qəsdən öldürülməsi, habelə Filman Piriyev və Fərhad İsmayılova qarşı xuliqanlıq edilməsi faktı üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Ağayev qardaşlarına hökm oxunub.
Publika.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Kamran Ağayev Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü,1989-cu il təvəllüdlü Ramil Ağayev isə Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə mühakimə edilib. Lakin hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesin yekununda Kamran Ağayev Məcəllənin 120.1 (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinməklə 12 il müddətinə, Ramil isə 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ramilin həbsdə saxlanıldığı müddət nəzərə alınaraq o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, 28 sentyabr 2019-cu il tarixdə saat 11 radələrində Ramil Ağayevin qardaşı Kənan Ağayev ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Abşeron Zeytun” MMC-yə məxsus zeytun bağına gedərək zeytun yığarkən, Cəmiyyətdə zeytun yığımına nəzarət edən və orada sahə rəisi işləyən Bağır Piriyev, mühasib Filman Piriyev və fəhlə Fəhrad İsmayılov onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyiblər. Ərazini tərk etmək istəməyən Ramil Ağayev və qardaşı Kənan Ağayev dava-dalaş salaraq təpiklə və taxta dəyənəklə Bağır Piriyevə zərbələr vurmasına, sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Filman Piriyevə silah qismində istifadə etdiyi taxta dəyənəklə vuraraq xəsarətlər yetiriblər.
İnqilab İsmayılov küçəsindən Zığ şosesinə düşən yolun ətrafınakı zeytunluq sahəsindəki dava-dalaş yerinə gələn polislər 2 qardaşı, eləcə də qohum olan Bağırla Filmanı polis şöbəsinə aparıblar. Özünü bu müddət ərzində normal hiss edən B.Piriyev şöbədə olarkən narahat olub və təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılan B. Piriyev orada az sonra vəfat edib.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO