Ukraynada girov götürülən azərbaycanlı tələbədən YENİ XƏBƏR
Bizi izləyin

Hadisə

Ukraynada girov götürülən azərbaycanlı tələbədən YENİ XƏBƏR

Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə yaradıblar.

Publika.az xəbər verir ki, bunu "Report"un Muğan bürosuna açıqlamasında H.Abdullayevin əmisi Cahin Abdullayev deyib.

"Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi", - C.Abdullayev söyləyib.

Qeyd edək ki, H.Abdullayev əslən Neftçala rayonundandır. O, Ukraynadan Azərbaycana qayıtmaq istəyərkən girov götürülüb. Tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilə biləcəyini söyləmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm