Azərbaycanda ər arvadının boğazını kəsdi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda ər arvadının boğazını kəsdi - YENİLƏNDİ

Tovuz rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, Tovuz rayonunun Hacıalılı kəndində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nuranə Əhmədova hadisəni törətməkdə şübhəli bilinən əri, 1992-ci il təvəllüdlü Nicat Əhmədovun bibisi qızı olub.

Ailədə əvvəllər də mübahisə düşdüyü bildirilir. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.

Artıq hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

(Report)

xxx

13:48

Tovuz rayonunda qadın əri tərəfindən qətlə yetirilib.

Publika.az xəbər verir ki, hadisə Əlibəyli kəndində qeydə alınıb.

Onun boğazı kəsilərək qətlə yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm