Hadisə
İntihar edən gömrükçünün videosu yayıldı
Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli özünü asaraq intihar edib.
Publika.az xəbər verir ki, bir müddət əvvəl Real TV-nin efirində onun müsahibəsi yayımlanıb.
Astara Gömrük postundan hazırlanan materialda inspektor Sahil Muradov və rəis müavini Əli Cahangirli gördükləri iş barədə məlumat veriblər.
Xatırladaq ki, Ə. Cahangirli 12 il gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.
Onun intiharı ilə bağlı bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
(Bakupost.az)
xxx
11:01
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
Publika.az xəbər verir ki, Əli Cahangirli məşhur tarixçi və tədqiqatçı, Nehrəm Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin və BAO Mərkəzi Şurasının üzvü Nəcəfalı Cahangirlinin oğludur.
Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib.
Mərhumun qardaşı Araz Cahangirli Qaynarinfo-ya bildirib ki, hazırda qardaşının ölüm səbəbi araşdırılır: "Qardaşım Astarada yaşadığı evdə intihar edib. Naxçıvanın Nehrəm qəsəbə qəbristanlığında torpağa tapşırılacaq”.
(Qaynarinfo)
xxx
10:10
İyulun 13-də Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
O, Astara rayonu Rüdəkənar kəndində intihar edib.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






















.png)


.jpg)













