Hadisə
Dəhşətli qəzada ölənlərin kimliyi bilindi
İyulun 31-i saat 1 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində baş vermiş dəhşətli qəzada ölən gənclərin şəxsiyyəti müəyyənləşib.
Publika.az xəbər verir ki, 2002-ci il təvəllüdlü Xəzər Babayevin idarə etdiyi “Mercedes C Class” markalı avtomobilin “QAZel” markalı yük maşınına çırpılması nəticəsində vəfat edən şəxslərin Bakı şəhər sakini Famil Məmmədli və Sumqayıt şəhər sakini Tamerlan Qasımlı olması müəyyən edilib. Xəzər Babayev və digər iki sərnişin xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisədən sonra ilkin baxış zamanı vəfat edən 20-25 yaşlı gənclərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdı.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır.
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır